RU

Qüdsdə atışma: 6 ölü, 20 yaralı

Sentyabrın 8-də Qüdsün kənarında atışma baş verib. Nəticədə ən azı 6 nəfər həlak olub,  20-dən çox adam yaralanıb. İsrail xilasetmə xidmətləri yaralırardan ən azı beşinin vəziyyətinin ağır olduğunu bildirib. İlkin məlumata görə, hücum edənlər Şərqi Qüdsdən olan fələstinlilərdir. Polis “terrorçu” adlandırdıqları atəş açanların yerindəcə öldürüldüyünü bildirib.

HƏMAS  qruplaşması hücumu "işğalın cinayətlərinə cavab" adlandırsa da, birbaşa iştirakını iddia etməyib. Fələstin Milli Administrasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Hadisə şahidlərinin sözlərinə görə, dayanacaqda iki silahlı şəxs avtobusun sərnişinlərinə və yaxınlıqdakı insanlara atəş açmağa başlayıb. İsrail ordusunun əsgəri və silahlı mülki şəxs cavab atəşi açıblar.

Hücumdan sonra Qüds ətrafındakı keçid məntəqələri bağlanıb və bu keçid məntəqələri vasitəsilə İsrailə giriş-çıxış qadağan edilib. 

İsrailin Baş naziri Benyamin Netanyahu hücuma “sərt cavab” vəd edib. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə və İordan çayının Qərb sahilində təhlükəsizliyin artırılmasına çağırıb.

hücum Ramot kəsişməsində baş verib, burada iki silahlı terrorçu avtobusa və dayanacaqdakı insanlara atəş açıb.

Polisin məlumatına görə, hücum Ramot kəsişməsində baş verib. Hücum edənlərdən biri əldəqayırma “Karlo” avtomatından, digəri tapançadan istifadə edib. Qatillərdən biri yol müfəttişi geyimində  olub və guya biletləri yoxlamaq üçün avtobusa daxil olaraq sərnişinlərə atəş açmağa başlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
215
azerbaijan-news.az

1Источники