RU

Almaniyada kansler Fridrix Merz və həyat yoldaşı ətrafında qalmaqal

Ajans.az WDR-ə istinadən xəbər verir ki, polis 17 yaşlı fəal Neli Kruszinskinin evində qraffiti çəkilməsi ilə bağlı şübhələr əsasında qanunsuz axtarış aparıb. Axtarışın Arnsberq Rayon Məhkəməsinin qərarı ilə həyata keçirildiyi bildirilib. Lakin sənədlərdən məlum olub ki, bu qərarın heç bir hüquqi əsaslandırması olmayıb – istinad yalnız bir şahidin qeyri-müəyyən ifadəsinə və polisin əldə etdiyi anonim qeydə əsaslanıb. Hüquqşünaslar bu qərarı qanunsuz hesab edir və məsələ geniş rezonansa səbəb olub. Əlavə gərginlik yaradan məqam isə odur ki, axtarış qərarına təsir göstərən məhkəmənin rəhbəri Şarlotta Merz – yəni kansler Fridrix Merzin həyat yoldaşıdır. Şarlotta Merz bu işlə heç bir əlaqəsinin olmadığını açıqlasa da, müstəqilliyə dair şübhələr yaranıb. Nelin vəkili baş verənləri “prokurorluğun tam uğursuzluğu” kimi dəyərləndirib və istintaqın sübutları lazımi şəkildə təhlil etmədiyini bildirib. O, həmçinin axtarışda iştirak edən polis əməkdaşlarının obyektivliyini və istintaqın müstəqilliyini şübhə altına alıb. Qeyd edək ki, bu hadisə Fridrix Merzin kansler kimi fəaliyyətinə yönələn tənqidlərin artdığı bir vaxta təsadüf edir. Sosial sorğulara görə, almanların 62 faizi hökumətin işindən, 59 faizi isə Merzin fəaliyyətindən narazıdır. Respondentlərin 60 faizi isə onun vəd etdiyi siyasi dəyişikliklərin həyata keçirilmədiyini düşünür. Bu qalmaqal Merz hökumətinə ictimai inamı daha da zəiflədə bilər.

 

Избранный
3
Ajans.az

1Источники