RU

Armani imperatorunun sonu: Milyardların bitdiyi yer kiçik kənd qəbiristanlığı

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünya dəb sənayesinin simvoluna çevrilmiş, “Armani” brendinin banisi Corco Armani həyatdan köçdü. Onun 12,1 milyard dollarlıq sərvəti, yüzillik moda imperiyası, minlərlə insanın üzərində daşıdığı imzası vardı. Amma bütün bunların son ünvanı nə parıltılı podiumlar, nə də bahalı saraylar oldu. Armani öz son mənzilini uşaq illərini keçirdiyi, cəmi bir neçə on nəfərin yaşadığı Rivalta qəsəbəsində seçdi.

Modelyerin dəfn mərasimi təmtəraqsız olacaq: onun arzusu ilə yalnız 20-yə qədər ən yaxın adam iştirak edəcək. Ailəsinin məzarlarının yanında dəfn olunacaq Armani sanki dünyaya bir mesaj ötürür ki, “həyatın sonu sadəlikdir”. Ölüm günündə ölkədə matəm elan ediləcək, amma dəfn mərasimində sükut və sadəlik hökm sürəcək.

Armaninin ailəsi, övladı yoxdur. O, həyatını dəbə həsr etdi, amma şəxsi həyatında tənha qaldı. İndi hamını düşündürən sual budur: 12,1 milyard dollarlıq sərvəti kimə qalacaq? Bəlkə də onun pulu müxtəlif fondlara, şirkət strukturuna paylanacaq, amma bir həqiqət dəyişməyəcək. Sərvət sahibini yaşada bilmir.

Armaninin hekayəsi bir daha göstərir ki, şöhrət, lüks, pullar əbədilik deyil. İnsan həyatı boyu sərvət yığır, amma axırda sadəcə bir qəbrin sahibi olur. O kiçik kənd qəbiristanlığında torpağa tapşırılarkən dünya anlayacaq ki, insanı böyük edən onun bank hesabı deyil, qoyduğu miras və yadda qalan izləridir.

Armani adı modada əbədi qalacaq. Amma Armani özü sadə bir qəbrin arxasında əbədiyyətə qarışacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
bizimyol.info

1Источники