RU

Arzuxan Əlizadə: “İctimai şuraların təsir imkanlarının genişləndirilməsinə ehtiyac var”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzuxan Əlizadə bu gün “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən ictimai dinləmədə çıxış edib.

Deputat bildirib ki, ölkədə ictimai şuraların yaradılması istiqamətində son illərdə mühüm addımlar atılsa da, onların fəaliyyət imkanlarının artırılmasına hələ də ehtiyac var:

“2020-ci ildə barmaqla sayılacaq qədər ictimai şura mövcud idi. Lakin sonrakı dövrdə bir sıra dövlət qurumlarının yanında yeni ictimai şuralar yaradıldı və orada təcrübəli, sahə üzrə biliklərə malik vətəndaş cəmiyyəti nümayəndələri təmsil olunmağa başladı. Amma əsas məsələ onların hansı təsir imkanına malik olmasıdır. Əgər ictimai şura üzvlərinin təmsil olunduğu qurumların işi ilə bağlı kifayət qədər məlumat çıxışı yoxdursa, onlar proseslərə necə təsir göstərə bilərlər? Şura üzvünün ən azı informasiya imkanları olmalıdır ki, mövqeyini bildirə bilsin”.

Deputat əlavə edib ki, ictimai şuraların effektiv fəaliyyəti üçün şəffaflıq, məlumatlılıq və proseslərdə real iştirak imkanlarının təmin olunması vacibdir

Избранный
107
qht.az

1Источники