Bu ilin iyul ayında Azərbaycanda 2019-2024-cü il istehsalı olan taksilərin sayı 14 min 792 olub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bu, iyun ayı ilə müqayisədə 12,9 % və ya 1 687 taksi çoxdur.
Belə ki, bu ilin iyununda 2019-2024-cü il istehsalı olan taksilərin sayı 13 min 105 olub. Bu isə may ayı ilə müqayisədə 732 taksi və ya 5,9 % çoxdur.
"Cebheinfo.az"