RU

Almaniya və Rusiya yenidən üz-üzə: Müharibə üçün tarix verildi

BAKI, 8 sentyabr. TELEQRAF

Almaniya heç vaxt girməyəcəyinə ümid etdiyi müharibəyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr bildirib ki, Almaniya Rusiyanın mümkün təcavüzünə qarşı 2029-cu ilə qədər ölkəni döyüş hazırlığı vəziyyətinə gətirməyi öhdəsinə götürüb. Rəsmilər o vaxta qədər Rusiyanın NATO üzvü olan ölkəyə zərbə endirməyə hazır ola biləcəyini söyləyiblər. İlk addım xərc və borc qaydalarına yenidən baxılması və hərbi ehtiyaclara daha çox vəsaitin ayrılmasına icazə vermək olub.

Həmçinin Almaniyanın müdafiə istehsalının artırılması üzərində çalışdığı və genişmiqyaslı hərbi işə götürmə kampaniyasına başladığı qeyd edilib. Nəşrin məlumatına görə, bura ölkədə hərbi xidmətə çağırışın bərpası da daxildir.

Избранный
66
2
teleqraf.com

3Источники