RU

Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

BAKI, 8 sentyabr. TELEQRAF

Bu ilin yanvar–avqust aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 3 milyon manatdan çox olub.

Dövlət vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artım deməkdir.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə20,2 milyon manatdan artıq təşkil edib ki, bu da2024-cü ilin yanvar–avqust ayları ilə müqayisədə 10,3 faiz artım deməkdir.

Избранный
79
teleqraf.com

1Источники