RU

İctimai qəzəb: Polis Kamala Harrisi qorumayacaq

İctimai qəzəb dalğasından sonra Los-Anceles polisi ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.

Publika.az “Los Angeles Times”a istinadən xəbər verir ki, qərar sentyabrın 6-da qəbul edilib. Nəşr daha əvvəl bildirmişdi ki, prezident Donald Tramp Harrisi hökumət himayəsindən məhrum etdikdən sonra onu qorumaq üçün ən azı 12 yerli polis məmuru ayrılıb.

Bu addım ictimai qınağa səbəb oldu, resursları adi vətəndaşları qorumaqdan yayındırmaq kimi qəbul edildi. Bundan sonra polisin Kamala Harrisi qoruması qərarı ləğv edilib.

Избранный
56
publika.az

1Источники