Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada parlament islahatının aparılmasını və indiki ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin yaradılmasını təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə o, Qazaxıstan xalqına illik müraciətində bildirib.
"Bu gün mən yaxın gələcəkdə ölkəmizdə birpalatalı parlamentin yaradılması təklifi ilə çıxış edəcəyəm. Dərhal xəbərdarlıq etmək istərdim ki, bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş sektorunda, ekspert icmasında və təbii ki, indiki parlamentdə də hərtərəfli müzakirə obyektinə çevrilməlidir".- Prezident bildirib.
Qazaxıstanda birpalatalı parlamentin yaradılması məsələsi konstitusiyaya dəyişiklik edilməsi üçün referendumda həll olunmalıdır. Bu 2027-ci ildə baş verə bilər, - deyə Tokayev qeyd edib.
Şəfa Hüseynli
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта