RU

Səhiyyə Nazirliyi: Valideyn və müəllimlərin dəstəyi uşağın məktəbi daha tez sevməsinə kömək edir

Bakı. Trend:

Birinci sinif təkcə yeni kitab-dəftərlər və gül dəstələri deyil.Bu, uşağın psixikası üçün ciddi sınaqdır. Ona adaptasiyada necəkömək etmək? Gələcək şagird hansı bacarıqlara yiyələnməli vəvalideynlər hansı səhvlərdən qaçınmalıdır?

Trend SəhiyyəNazirliyinə istinadən xəbər verir ki, bu və digər suallara SəhiyyəNazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahəDadaşova aydınlıq gətirib.

- İlahə xanım, uşaqlar birinci sinfə ən çox hansıemosiyalarla – həyəcan və ya qorxu, yoxsa sevinc hissi iləgedirlər?

- İlk öncə qeyd etmək istərdim ki, bütün bu emosiyalar tamamilənormaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığabağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklərqarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq,dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəligəlir.
Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərininbalanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.

- Gələcək şagird üçün ən vacib sosial təcrübəhansıdır?

- Psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyənsosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas blokabölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqlarıqazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyunqruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək,qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır.

İkinci mühüm təcrübə uşağın emosiyaların idarə etməsidir. Beləki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsinigözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressivreaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalarvasitəsilə asanlıqla aşılanır.

Üçüncü istiqamət isə sərbəstik bacarıqlarıdır. Uşağın özpaltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən köməkistəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlaruşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini dahasağlam edir.

- Uşaq yaşıdları ilə müqayisə edildikdə, onunmotivasiyası güclənir, yoxsa azalır?

- Əksər hallarda bu, istənilən nəticəni vermir, çünkihəmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamınıaşağı salır. O, özünün qəbul edilmədiyini hiss edir və öyrənməyə vəünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər,lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağıyalnız özü ilə müqayisə etməkdir. Məsələn: “Keçən ay sən hecalarıçətinliklə oxuyurdun, indi isə tam sözləri oxuyursan!” Bu, özinkişafına fokuslanmağa və sağlam motivasiya formalaşdırmağa köməkedir.

- Dərs zamanı diqqəti tez yayınan uşaqlara necə köməketmək olar?

- Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımıonların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzunmüddət eyni fəaliyyətə fokuslana bilmirlər.

Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərəalmaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrəbölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatanolur.

Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərəmarağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və yaqrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuyadaha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunuazaldır, həm də uşağın marağını canlı saxlayır.

Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağıdaim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onunözünəinamını artırır.

Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu,onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydınsiqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.

Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadəetmək çox faydalıdır. Məsələn, “Fərqləri tap”, “tapmacalar və yaqısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir.

- Valideynlərin yüksək gözləntiləri uşağa zərər verəbilərmi?

- Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağaçalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi iləyaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəbolur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığınainanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm dəmotivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyurvə onu həqiqətən də motivasiya edir.

- Ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlikçəkən uşaqlara dəstək necə olmalıdır?

- Burada mərhələli öyrətmə prinsipi tətbiq olunur. Yəni, uşaqdanbirdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə onaistiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq,uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həmməsuliyyət, həm də özünəinam hissini gücləndirir.

Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki,uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çoxyaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onutəşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verirvə tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir.

Eyni zamanda, uşağa seçim hüququ verin: “Hansı fənndənbaşlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onunmüstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişafetdirir.

Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səyləriniqiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldəolunacaq.

Məqalədə:
Избранный
25
9
az.trend.az

10Источники