RU

Bakı dünyanın nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı 2026-cı ildə dünyada idman və biznes sahəsinin ən nüfuzlu tədbirlərindən olan "SportAccord" Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və "SportAccord" arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib.
Mərasimdə federasiya rəsmiləri, rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu, Azərbaycan idmanınn növbəti uğurudur:
"Uzun illərdir ölkə idmanına göstərilən qayğı göz önündədir. Növbəti ildə Azərbaycan dünyanın idman paytaxtı seçilib. Biz də bu adı qorumaq üçün çoxsaylı tədbirlər keçirəcəyik. Beynəlxalq tədbirlərin sayı daha da artacaq".
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Избранный
3
oxu.az

1Источники