RU

Tramp Qəzzada razılaşmanın tezliklə əldə olunacağını deyib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp son aylarda səsləndirdiyi iddiaları təkrarlayaraq, Qəzzada atəşkəsin "çox yaxında əldə ediləcəyini" deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə BBŞ prezidenti Nyu-Yorkdan Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlama verərkən bildirib.

"Məncə, Qəzza ilə bağlı çox yaxında razılaşma əldə edəcəyik", - deyə qeyd edib.

"Bu, əslində çox ciddi bir problemdir. Bu, Yaxın Şərq, İsrail və hər kəs üçün həll etmək istədiyimiz problemdir. Biz mütləq bunu həll edəcəyik", - deyə o bildirib.

Trumpun sözlərinə görə, HAMAS girovları saxladığını deyir, "lakin onların sayı 20-dən az ola bilər, çünki onlar adətən saxlandıqları şəraitdə xəstəlikdən və ya aldıqları xəsarətlərin müalicə olunmamasına görə ölmüş ola bilərlər".

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
bizimyol.info

1Источники