RU

Lamin Yamal pasportunu itirdi


İspaniya millisinin futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyundan sonra pasportunu itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Beyaz Futbol” nəşri məlumat yayıb.
Matçdan sonra o, komandanın avtobusuna minib və uzun müddət pasportunu tapa bilməyib.
İspaniya Futbol Federasiyasının məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxladığı və Yamalın daha sonra şəxsi təyyarəsi ilə Türkiyəni tərk etmək məcburiyyətində qaldığı bildirilir.
Gənc ulduzun pasportunun hava limanından otelə transfer zamanı və ya komanda avtobusunda itmiş ola biləcəyi ehtimal olunur.
Избранный
47
1
yeniavaz.com

2Источники