ABŞ prezidenti Donald Tramp Ukraynadakı son hücumlardan sonra ilk açıqlamasında Rusiyaya qarşı “ikinci mərhələ sanksiyaları başlamağa hazır olduğunu” bəyan edib.
Nyu-Yorkda jurnalistlərin sualını cavablandıran Tramp bir jurnalistin “Rusiyaya qarşı ikinci mərhələ sanksiyalarına hazırsınızmı?” sualına Tramp qısaca “Bəli, hazıram” cavabını verib, lakin ətraflı açıqlama verməkdən imtina edib.
Tramp bundan əvvəl Moskvaya qarşı “ikinci və üçüncü mərhələ” sanksiyaların gündəmə gələ biləcəyini demişdi. O, həmçinin ABŞ-ın Hindistanın Rusiyadan neft alışına qarşı tətbiq etdiyi 50%-lik idxal tarifini misal çəkərək, bu tədbirlərin Moskvaya yüz milyardlarla dollara başa gəldiyini bildirmişdi.
TAHİR