RU

Çin ABŞ-nin “mental kolonizasiya” siyasəti barədə hesabat təqdim edib

Araşdırmada ABŞ-nin “koqnitiv müharibə” metodlarının qlobal təhlükə yaratdığı bildirilir...

Poliqon xəbər verir ki, Çin dövlətinə məxsus analitik mərkəz “Sinxua” ABŞ-nin dünyada apardığı “zehni kolonizasiya” siyasətinə dair geniş hesabat açıqlayıb. Sənəd 7 sentyabrda Qlobal Cənub ölkələrinin KİV və analitik mərkəzlərinin Forumunda təqdim olunub. Hesabat “İdeoloji kolonizasiya: metodlar, mənşə və ABŞ-ın koqnitiv müharibəsinin beynəlxalq təhlükəsi” adlanır və tarixi səbəbləri, tətbiq mexanizmlərini və mümkün fəsadları əhatə edir.

Tədqiqatda “zehni kolonizasiya” bərabərsizlik əsasında qurulan və həmin bərabərsizliyi möhkəmləndirmək üçün həyata keçirilən düşüncə üzərində nəzarət kimi izah edilir. Bu nəzarət “məcburi yenidənqurma, qəsdən manipulyasiya, gizli müdaxilə və uzunmüddətli aşındırma” ilə xarakterizə olunur.

Hesabat müəllifləri vurğulayırlar ki, süni intellekt də daxil olmaqla texnologiyaların inkişafı fonunda ABŞ-nin zehni kolonizasiya cəhdləri daha gizli, daha geniş təsir radiusuna malik olur və dünya miqyasında təhlükəli nəticələr doğurur. Sənəddə ölkələrə ideoloji asılılıqlardan qurtulmaq, “mədəni özünəinamı” bərpa etmək və “sivilizasiyaların müxtəlifliyindən ibarət parlaq mozaika” qurmaq çağırışı da yer alıb.

Forumda 110 ölkə və regiondan 260-dan çox KİV, analitik mərkəz və dövlət qurumunun təmsil olunduğu 500-ə yaxın nümayəndə iştirak edib. İclasın əsas mövzusu “Qlobal Cənubun qüvvələrinin birləşdirilməsi və qlobal dəyişikliklərə uyğunlaşma” olub.

Poliqon.info

Избранный
50
poliqon.info

1Источники