RU

ABŞ də gənc qız avtomobil qəzasında smartfon sayəsində sağ qaldı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-də gənc qız avtomobil qəzasında ağır yaralanıb, lakin "iPhone 14" smartfonundakı funksiya sayəsində sağ qalıb.

Oxu.Az bu barədə "Good News Network" nəşrinə istinadla xəbər verir.

Amerikalı Lindsi Leskovats maşın sürərkən yuxuya gedib və idarəetməni itirərək iki dirəyə və ağaca çırpılıb.

Qızın "iPhone 14" smartfonundakı toqquşmanın avtomatik aşkarlanması funksiyası dərhal təcili yardım xidmətlərinə zəng edib. Məlum olub ki, Lindsi bu funksiyanın varlığından xəbərsiz imiş. Telefon qəzanın baş verməsindən sonra 22 dəqiqə ərzində "911" yardım xidmətinə zəng edib.

Bu zaman çoxsaylı xəsarətlər almış Lindsi maşının altında olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
oxu.az

10Источники