RU

Maduro Kolumbiya sərhədinə 25 min hərbçi yerləşdirməyi əmr edib

Venesuela Kolumbiya ilə sərhəddə, həmçinin respublikanın Karib və Atlantik okeanı sahillərində 25 min hərbçi yerləşdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Venesuela Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro göstəriş verib.

“Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahillərində, eləcə də Nueva Esparta, Sucre və Delta Amakuro əyalətlərinin Atlantik sahillərində sürətli cavab taktiki tapşırıq qüvvələrini gücləndirmək üçün şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin 25 min kişi və qadınının yerləşdirilməsini əmr etdim”, – deyə o bildirib.

Maduro vurğulayıb ki, səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir.

Избранный
59
14
operativmedia.az

10Источники