RU

Gəncədə söküntü zamanı tikili uçub: ÖLƏN VƏ YARALANANLAR VAR -VİDEO

Gəncədə usta bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Senzor.az bildirir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

 

İlkin məlumata görə, 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb.

 

Hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb. 

 

Əraziyə xilasetmə işçiləri cəlb olunub.

**

Fövqəladə Hallar Nazirliyi (FHN)  hadisə ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

Избранный
17
15
senzor.az

10Источники