RU

Roma Papası 15 yaşında ölən yeniyetməni müqəddəs elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Roma Papası XIV Leo 15 yaşında vəfat etmiş yeniyetmə Karlo Akutisi müqəddəs elan edib.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadla xəbər verir.
Elan mərasimi Müqəddəs Pyotr meydanında keçirilən ayin zamanı baş tutub və təxminən 80 min insan iştirak edib.
Qeyd edək ki, Akutis texnologiyadan dini yaymaq məqsədilə istifadə edib. O, 1991-ci ildə Londonda anadan olub. Uşaqlıqdan informatikaya meyil göstərib və kilsə tərəfindən tanınan möcüzələri sənədləşdirən çoxdilli veb-saytı yaradıb.
Yeniyetmə 2006-cı ildə kəskin leykoz xəstəliyindən qəfil dünyasını dəyişib.
Избранный
6
oxu.az

1Источники