RU

Yeni tədris mövsümündə tələbə yataqxanalarında qiymətlər necədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymətə yataqxana və ev axtarışına çıxırlar. Yataqxana qiymətləri şəraitinə görə fərqlənir. Məsələn, ölkənin ilk və ən böyük təhsil müəssisəsi olan BDU-nun 5 mərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır. Amma təəssüf ki, bu yataqxana 220 yerlikdir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Pedaqoji Universitetdən verilən məlumata görə, paytaxtda bu təhsil ocağının 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də məcburi köçkün ailələri məskunlaşıblar. Universitetin 5 nömrəli yataqxanası isə qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.
Memarlıq və İnşaat Universitetinin yataqxanası isə 450 tələbəni yerləşdirmək imkanına malikdir.
Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanasında yalnız qızlar qala bilir və aylıq ödəniş 30 manatdır.
Dövlət Neft və Sənaye Universitetinindən isə bildirilib ki, 320 yerlik yataqxananın təmir olunması nəzərdə tutulur və hazırda tələbə yerləşdirilməsi aparılmır.
İqtisad Universitetinin və Texniki Universitetin mövcud olan 5 yataqxanasında da məcburi köçkünlər məskunlaşdığı üçün tələbələr istifadə edə bilmirlər.
Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var. Qızlar yataqxanası 160, oğlanlar yataqxanası isə 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.
Artıq ikinci il yeni tələbələrini qarşılayacaq olan Qarabağ Universitetində isə tələbələr yataqxana üçün heç bir ödəniş etmirlər.
Ətraflı süjetdə:
Избранный
8
14
oxu.az

10Источники