RU

Onana “Trabzonspor”a gəlməyə razılaşdı

“Mançester Yunayted”in qapıçısı Andre Onana Türkiyənin “Trabzonspor” klubuna keçidinə razılıq verib.

90deqiqe.Az-ın məlumatına görə, Trabzon təmsilçisi kamerunlu oyunçunu mövsümün sonuna qədər icarəyə götürəcək. 29 yaşlı qolkiperin maaşı tam şəkildə Türkiyə klubu ödəyəcək.

Həmçinin Onana klubdan əlavə böyük bonuslar da alacaq ki, bu da onun ümumi gəlirini hazırkı göstəricidən iki dəfə artıracaq.

Qeyd edək ki, Andre Onana “Mançester Yunayted”də 2023-cü ilin yayından çıxış edir. O, “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 102 oyuna çıxıb və 150 qol buraxıb. Onanın müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir və avtomatik uzatma imkanı nəzərdə tutulub.

Избранный
12
90deqiqe.az

1Источники