RU

Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində 7 medal qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sankt-Qallen şəhərində keçirilmiş "Swiss Open 2025" beynəlxalq turnirində 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Oxu.Az Azərbaycan Taekvondo Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüblər.
Eltac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.
Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.
Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.
Избранный
58
1
oxu.az

2Источники