RU

Günlərdir küçədə gecələyən 62 yaşlı kişiyə sonda sahib çıxdılarVİDEO

62 yaşlı kişi 9 gündür paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsində küçədə gecələyir.

Nə qalmağa yeri var, nə də sığınmağa doğmaları... Əslində 2 övlad atasıdır...

Xezerxeber.az xəbər verir ki, əslən İsmayıllı rayonundan olduğunu bildirən Ağakərim ələkbərov deyir ki, ailəsindən 2010-cu ildən ayrılıb. Bir oğul, bir qız atasıdır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən Ağakərim ələkbərovun ayağı bu səbəbdən qanqren olub və Sabunçu Tibb Mərkəzində əməliyyat edilib. Qeydiyyat ünvanı olmadığından şəxsiyyət vəsiqəsini dəyişdirə bilmir. Bu səbəbdən əlillik dərəcəsi təyinatında da problem yaranıb.

Kirayə pulunu ödəyə bilmədiyi üçün onu 9 gün əvvəl qaldığı mənzildən çıxarıblar.

Sakinlər deyirlər ki, Ağakərim dayı sakit təbiətli adamdır, onun bugünədək heç bir pis vərdişi olmayıb.

“Xəzər Xəbər”in məsələyə müdaxiləsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 62 yaşlı Ağakərim Ələkbərovla bağlı prosesə cəlb ediliblər.

Vətəndaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə yerləşdiriləcək. Burada ona mütəxəssislər tərəfindən sosial-məişət, sosial-hüquqi və digər sosial xidmətlər göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
7
xezerxeber.az

1Источники