RU

Husilər İsrailin bir neçə şəhərinə PUA-larla hücum etdi

BAKI, 7 sentyabr. TELEQRAF

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailin Təl-Əviv, Aşkelon, Aşdod və Eylat şəhərlərində müxtəlif hədəflərə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, üsyançılar Eylatın şimalındakı Ramon hava limanını vurub.

Qeyd edək ki, husilər fələstinlilərlə həmrəy olaraq İsrailə pilotsuz təyyarələr və ballistik raketlərlə hücumlar edirlər.

Избранный
5
teleqraf.com

1Источники