RU

Azərbaycanın cüdo millisi Avropa çempionatını üç medalla başa vurub

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasındakeçirilən cüdo üzrə Avropa çempionatı yekunlaşıb.

Trend-inməlumatına görə, Azərbaycan komandası fərdi mübarizədə 3 medalqazanıb.

Belə ki, ilk gündə Nihad Məmişov (60 kiloqram) və MəhəmmədMusayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürüncmedala sahib olub.

Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edibvə beşinci olub.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçirilən qitəbirinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizəaparıb.

Избранный
12
5
az.trend.az

7Источники