RU

Formula 1: İtaliyada ən sürətli Ferstappen oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 16-cı qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Montsada təşkil olunub.

İtaliya qran-prisində son 4 ilin çempionu Maks Ferstappen uzun fasilədən sonra yenidən qalib olub. Şənbə günü keçirilmiş sıralama turunda ən sürətli olan Ferstappen yarışa birinci başlayıb. Lakin ilk döngədəki səhv onun liderlyii itirməsi ilə nəticələnib. Buna baxmayaraq, niderlandlı sürücü bir qədər sonra Lando Norrisi ötərək yenidən liderliyi ələ alıb. 53 dövrəlik yarışın sonrakı hissəsində ciddi bir hadisə baş verməyib və Ferstappen qalib gələrək həsrətə son qoyub.

İkinci və üçüncü yer “Maklaren” sürücülərinə qismət olub. Lando Norris ümüumi sıralamada komanda yoldaşı Oskar Piastri ilə fərqi 3 xal azaldıb.

Geridə qalmış 16 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 324 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 230 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 617 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 280 xalla ikincidir. “Mersedes” isə 260 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 17-ci qran-prisi Azərbaycanda keçiriləcək. Bakıda baş tutacaq bu yarış sentyabrın 21-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 324
  2. Lando Norris (Maklaren) – 293
  3. Maks Ferstappen (Red Bull) – 230
  4. Corc Rassell (Mersedes) – 194
  5. Şarl Lekler (Ferrari) – 163
  6. Luis Hamilton (Ferrari) – 117
  7. Aleksander Albon (Uilyams) – 70
  8. Kimi Antonelli (Mersedes) – 66
  9. İsaak Hacar (Rasinq Bulls) – 38
  10. Niko Hulkenberq (Zauber) – 37
  11. Lens Stroll (Aston Martin) – 32
  12. Fernando Alonso (Aston Martin) – 30
  13. Esteban Okon (Haas) – 28
  14. Pyer Qasli (Alpin) – 20
  15. Liam Louson (Red Bull) – 20
  16. Qabriel Bartoleto (Zauber) – 18
  17. Oliver Berman (Haas) – 16
  18. Karlos Sayns (Uilyams) – 16
  19. Yuki Tsunoda (Rasinq Bulls) – 12
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 617
  2. Ferrari – 280
  3. Mersedes – 260
  4. Red Bull – 239
  5. Uilyams – 86
  6. Aston Martin – 62
  7. Rasinq Bulls – 61
  8. Zauber – 55
  9. Haas – 44
  10. Alpin – 20
error: Məzmun qorunur!
Избранный
59
2
arena.az

2Источники