Ajans.az xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində Hindistan Biznes Alyansının Prezidenti Semmi Kotvani deyib: "Rusiyadan resursların alınmasına davam etmək qərarı müvəqqəti addım deyil, yaxşı düşünülmüş uzunmüddətli strategiyanın bir hissəsidir. Biz müstəqil kursa sadiqik. Resurs idxalını şaxələndirməyə və iqtisadi maraqları qorumağa davam edəcəyik".

Semmi Kotvani əlavə edib ki, Hindistan birtərəfli tələblərin təsiri altında öz əsas maraqlarını güzəştə getməyəcək.