RU

Gürcüstan yaylaqlarında soydaşlarımızın həyatı: Tərəkəmə ənənələri hələ də davam edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanın Tsalka rayonunda Elat mədəniyyətinin tərəkəmə ənənələrini qoruyan sakinlər hələ də yaylaq həyatını yaşadırlar. Çeşəli kəndinin sakinləri dörd ay boyunca yaylaqda mal-qara ilə məşğul olaraq, öz gündəlik həyatlarını davam etdirirlər.
Yaylaqda müxtəlif obalardan sakinlər toplaşırlar. Çeşəli kəndinin sakinləri bildirir ki, burada fərqli kəndlərdən insanlar bir araya gəlir, lakin əsas əhali Çeşəli kəndindən olur.
Sakinlərin sözlərinə görə, yaylaq həyatı çətindir, lakin zəhmət və əmək sayəsində davam etdirilir. Burada heyvanların otarılması, qorunması və sahiblənilməsi çobanların gündəlik məsuliyyətidir.
Uşaqlar da yaylaq həyatında öz vəzifələrini yerinə yetirir, sürünün bir hissəsini otarmaq və qorumaqla məşğul olurlar.
Yaylaq sakinləri oktyabrın 20-dək burada qalır və gündəlik işlərini davam etdirirlər. Onların sözlərinə görə, yaylaq həyatının əsas dəyərlərindən biri də qonşuluq və bir-birinə dəstəkdir.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Избранный
7
2
oxu.az

3Источники