Bakı. Trend:
Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların sığınacaqtələblərinə baxılması müddətində onların yerləşdirilməsi üçünkeçmiş hərbi bazalardan istifadə etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzetixəbər verib.
Məlumata əsasən, yaxın həftələrdə rəsmən açıqlanmalı olan buplanların həyata keçirilməsi Daxili İşlər Nazirliyinin yeni rəisiŞabanə Mahmuda həvalə olunub. O, sentyabrın 5-də baş nazir KeirStarmer tərəfindən həyata keçirilən kabinet dəyişikliyindən sonrabu vəzifəyə təyin olunub.
Məqalədə qeyd olunub ki, qeyri-qanuni miqrantların keçmiş hərbibazalarda yerləşdirilməsinin əsas məqsədi qeyri-qanuni miqrantlarınotellərdə saxlanması xərclərini azaltmaqdır ki, bu da sonhəftələrdə ictimai narazılığın artmasına səbəb olur.