RU

Ukrayna XİN Rusiyanın hücumunu pislədi: Heyvanlar raket hədəfinə çevrilib

BAKI, 7 sentyabr. TELEQRAF

Sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Kiyev vilayətinə endirdiyi zərbə nəticəsində "Endurance Horse Sport Club" atçılıq klubu vurulub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Zərbə nəticəsindəyeddi at həlak olub. Klubun binasına da ciddi ziyan dəyib.

Ukrayna XİN, Rusiyanın hər gün insan və heyvan həyatına son qoyduğunu qeyd edərək, beynəlxalq ictimaiyyəti bu vəhşiliyə biganə qalmamağa çağırıb. Nazirlik hesab edir ki, Rusiyanı dayandırmaq üçün siyasi iradə lazımdır.

Избранный
106
teleqraf.com

1Источники