RU

“Starex Global” kargosundan şikayət: Müştəriyə qarşı biganə münasibət iddiası

“Starex Global” kargo şirkəti ilə bağlı ciddi narazılıq doğurub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Təranə Həsənova adlı vətəndaşın sözlərinə görə, o, ayın 19-dan bəri problemi ilə bağlı şirkətə dəfələrlə müraciət etsə də, məsələyə baxılmayıb.

Şikayətçi bildirir ki, zəng etdikdə sözünü deməyə imkan verilmədən telefon üzünə bağlanıb və buna “xətdə problem var” cavabı verilib. Onun iddiasına görə, yalnız “özümü öldürəcəyəm” ifadəsini yazdıqdan sonra şirkət nümayəndələri təşvişə düşərək dalbadal zəng etməyə başlayıblar.

“Bu ədalətsizliyə, bu özbaşınalığa necə göz yummalıyıq? Hara müraciət etməliyəm, kimə şikayət edə bilərəm? Bu özbaşınalığa dur deməyin zamanı gəldi”, – deyə vətəndaş bildirib.

Qeyd edək ki, vətəndaş şikayətinin araşdırılmasını və məsələ ilə bağlı dəstək göstərilməsini xahiş edir.

Избранный
60
nocomment.az

1Источники