RU

Çin "Yaogan-40" peyklərini orbitə buraxıb

Bakı. Trend:

Çin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü qrupunuorbitə çıxarıb.

Trend-inməlumatına görə, bu barədə Çin Aerokosmik Elm və TexnologiyaKorporasiyası (CASC) xəbər verib.

Bildirilib ki, buraxılış uğurla baş tutub.

CASC-nin WeChat səhifəsi qeyd edib ki, buraxılış Pekin vaxtı iləsaat 00:34-də (Şənbə günü Bakı vaxtı ilə saat 20:34-də) Şansiəyalətinin şimalındakı Tayyuan Peyk buraxılış Mərkəzindən başverib. Kosmik aparatlar orbitə CZ-6A (Changzheng-6-ae) raketi iləçatdırılıb.

"Yaogan-40" peyklərinin elektromaqnit mühitinin öyrənilməsi vəbununla bağlı təcrübələrin aparılması üçün istifadə olunduğubildirilib.

Məqalədə:
Избранный
43
6
az.trend.az

9Источники