Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxrayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının başverməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalmasıbarədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinintoqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib vəvətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdəqalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəlibədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilindəsıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü BayramovNiyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlüNuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov SadıqMəhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.