RU

Avropada gel manikürlərə qadağa qiyməti artırıb

Avropada gel manikür zamanı istifadə olunan TPO (trimetilbenzoil difenilfosfin oksid) qadağasının sentyabrın 1-dən qüvvəyə minməsindən sonra dırnağa gel manikürlərinin qiyməti qalxıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qadağa hələ Böyük Britaniya və ABŞ-yə şamil olunmasa da, ekspertlər yaxın gələcəkdə orada da oxşar tədbirlərin görülə biləcəyini proqnozlaşdırırlar.

Artıq Avropa ölkələrində gözəllik salonlarında çalışanlar TPO-suz məhsulları sınaqdan keçirirlər və yeni qiymət siyahıları hazırlanır. Ehtimal olunur ki, bundan sonra qiymətlər artacaq.

Bəzi ekspertlər isə qeyd edirlər ki, qadağa kimyəvi komponentlər və UV lampaları əvəzinə minerallar və yağlardan istifadə edən yapon manikürü kimi təbii prosedurların populyarlığını artıra bilər.

"Cebheinfo.az" 

Избранный
13
4
cebheinfo.az

9Источники