RU

Bodrumdakı meşə yanğını nəzarət altına alındı

Ajans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Güvercinlik məhəlləsində meşəlik ərazidəki transformatordan başlayıb. Hadisə yerinə Muğla Meşə Regional Müdirliyindən 4 helikopter, 2 təyyarə, çoxlu sayda su və su tankeri və Muğla Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürən maşınları göndərilib. Yanğınsöndürən maşınların və ekipajların gediş-gəlişini asanlaşdırmaq üçün Milas-Bodrum avtomobil yolu müvəqqəti bağlanıb. Güclü külək səbəbindən yayılma meyilli olan yanğın təyyarə və quru ekipajlarının intensiv müdaxiləsi ilə nəzarət altına alınıb.

Yanğının 5 hektar meşə sahəsinə ziyan vurduğu, ərazidə soyutma işlərinin davam etdiyi bildirilir.\ teleqraf.az

Избранный
52
1
Ajans.az

2Источники