RU

Ferstappen İtaliya Qran Prisinin təsnifat mərhələsində qalib gəlib

Formula-1 üzrə İtaliya Qran Prisində təsnifat mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, poulu "Red Bull" pilotu Maks Ferstappen qazanıb.

"Maklaren" pilotu Lando Norris ikinci yeri tutub. Onun komanda yoldaşı, çempionatın lideri Oskar Piastri isə üçüncü olub.

Yeddiqat dünya çempionu “Ferrari” komandasının pilotu Lyuis Hemilton təsnifat mərhələsində beşinci yeri tutub.

İdman.biz

Избранный
30
1
idman.biz

2Источники