Bakı. Trend:
Azərbaycanın daha dörd cüdoçusu Slovakiyanın paytaxtı Bratislavaşəhərində keçirilən gənclər arasında Avropa çempionatındamübarizəyə start verib.
Trend xəbərverir ki, yarışın üçüncü günündə Aslan Kotsoyev ( 90 kiloqram ),Davud Namazlı (100 kiloqram), Süleyman Şükürov (100 kiloqram) vəNigar Süleymanova (78 kiloqram) qüvvələrini sınayıblar.
A.Kotsoyev 1/8 finalda, digərləri isə ilk görüşlərdə məğlubolublar.
Sentyabrın 7-də Avropa çempionatında komanda yarışları baştutacaq.
Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medalqazanıblar.