RU

Azərbaycan cüdoçuları Avropa çempionatının üçüncü günündə medal qazana bilməyiblər

Bratislava, 6 sentyabr, Cavid Əliyev, AZƏRTAC

Azərbaycanın daha dörd cüdoçusu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında mübarizəyə start verib.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə Aslan Kotsoyev ( 90 kiloqram ), Davud Namazlı (100 kiloqram), Süleyman Şükürov (100 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) qüvvələrini sınayıblar.

A.Kotsoyev 1/8 finalda, digərləri isə ilk görüşlərdə məğlub olublar.

Sentyabrın 7-də Avropa çempionatında komanda yarışları baş tutacaq.

Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıblar.

Избранный
27
2
azertag.az

3Источники