RU

Ukrayna Belqorodu vurdu: ölənlər var

Ukraynanın Belqorod vilayətinə PUA hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

"Qraivoronski rayonundakı ferma ərazisində PUA hücumu zamanı "QAZel"in sürücüsü həlak olub. Partlayış nəticəsində avtomobil yanıb. Yaxınlıqdakı Şebekinski rayonunda, PUA hücumu nəticəsində yaralanan şəxs isə xəstəxanada dünyasını dəyişib", - qubernator bildirib.

Qeyd olunub ki, vilayətə PUA hücumunda digər mülki şəxs yaralanıb.

Избранный
8
50
axar.az

10Источники