ABŞ Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi olaraq dəyişdirilməsi Vaşinqtona milyardlarla dollara başa gələ bilər.
Operativ Media bu barədə "Politica" nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, bir çox departament əməkdaşları cümə günü ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamdan məyus olduqlarını, qəzəb və çaşqınlıqlarını dilə gətiriblər. Bildirilib ki, bu sərəncamın icrası "ən aktual hərbi problemlərin həllinə çox az fayda verəcək kosmetik dəyişikliklər üçün milyardlarla dollara başa gələ bilər".
“Bu addım sırf daxili siyasi auditoriya üçündür. Nəinki milyonlarla dollara başa gələcək, həm də Çin və ya Rusiyanın hesablamalarına qətiyyən təsir etməyəcək. Daha da pisi odur ki, düşmənlərimiz ABŞ-ı müharibə alovu və qlobal sabitliyə təhlükə kimi qələmə vermək üçün istifadə edə bilərlər”, – keçmiş Pentaqon rəsmisi nəşrə bildirib.