Bakı. Trend:
Ağ Ev ABŞ Konqresində Pentaqonun Müharibə Nazirliyiadlandırılması məsələsinə dair səsvermə prosedurundan yayınmaqistəyir.
Trend xəbər verirki, bu haqda “Politico” nəşri öz mənbələrinə istinadən yazır.
“Adın rəsmi olaraq dəyişdirilməsi üçün, çox güman ki, konqresinicazəsi tələb olunacaq. Gedən müzakirələrlə tanış olan şəxsbildirib ki, Ağ Ev konqresdə səsvermədən yan keçməyin yollarınıaxtarır”, - deyə nəşrin yazısında qeyd olunur.
Bundan əvvəl Tramp Amerika Birləşmiş Ştatlarının MüdafiəNazirliyinin (Pentaqon) adının “Müharibə Nazirliyinə”dəyişdirilməsi haqda sərəncam imzaladığını bildirmişdi.
Onun sözlərinə əsasən, “Müdafiə Nazirliyi” adı həddən ziyadəliberal səslənir, dünyadakı prosesləri nəzərə alaraq “MüharibəNazirliyi” daha yerinə düşür.
Bu arada, Pentaqon rəhbəri Pit Heqset isə belə bir maraqlı fikirsəsləndirib ki, ABŞ-də 1947-ci ildə Müharibə Nazirliyinin adınınMüdafiə Nazirliyinə dəyişdirilməsindən sonra Amerika bir müharibədəbelə qalib gələ bilməyib.