PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyünü sındırıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cümə günü 55 yaşlı ispaniyalı mütəxəssis təcili yardım şöbəsinə aparılıb və sınıq səbəbindən əməliyyat olunub. Başqa təfərrüatlar açıqlanmayıb.