RU

Emin Mahmudov: “Biabırçı nəticə idi”

Azərbaycan millisinin kapitanı Emin Mahmuov DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, yığmanın kapitanı görüşlə bağlı bunları deyib:

“Biabırçı nəticə idi. Oyunumuz da çox biabırçı idi. Belə gözləməzdik. Fikirləşirdik ki, daha yaxşı oynaya bilərik. Heç nə də alınmadı, nə topla, nə topsuz. Sadəcə bizdən bunu gözləmirdilər. Üzr istəyirəm.

Oyundan sonra danışmaq rahatdır. Özümdən danışım, heç nə edə bilmədim. Nə top aldıq, nə top saxladıq.

Əlbəttə. Meydançada biz oynayırıq. Kiminsə üstünə atmaq istəmirəm. Oyunçu kimi ən yaxşı oyunumu göstərmədim ki, deyim, hər şeyi etdik, alınmadı. Bu nəticədə hamı günahkardır”.

Избранный
123
16
idmanxeber.az

10Источники