Bakıda yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşüb - VİDEO
Ajans.az xəbər verir ki, idarəetməni itirən yük maşını körpüdən aşağıdakı avtomobillərin üzərinə düşüb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindənAjans.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.