RU

Tramp Pntaqonun adını dəyişdi, Pit Heqset müharibə allahı oldu

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi (Pentaqon) olaraq dəyişmək barədə fərman imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Clash Report” məlumat yayıb.

Tramp bildirib ki, ABŞ-ın ''dünyanın ən güclü ordusu və ən yaxşı silahları var'' və bununla heç kəs rəqabət apara bilməz. Onun sözlərinə görə, ABŞ məhz bu ''düzgün adla'' hər iki dünya müharibəsini udub, 1949-cu ildə isə bundan imtina edilməsini ''siyasi korrektliklə'' izah edib. Tramp əlavə edib ki, dünyadakı vəziyyəti nəzərə alaraq, bu ad Pentaqon üçün daha uyğun görünür.

Bu o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi müraciətlərdə və mərasimlərdə özünü ''müharibə naziri'' adlandıra biləcək. Nazirliyin daimi şəkildə adının dəyişdirilməsi üçün Konqresin razılığı tələb olunur, lakin Ağ Ev bəyan edib ki, fərman Heqsetə bu prosesi başlatmağı tapşırır.

Maraqlıdır ki, Vaşinqtondakı qərargahının formasına görə gündəlik dildə çox vaxt Pentaqon adlandırılan Müdafiə Nazirliyi 1949-cu ilə qədər Müharibə Nazirliyi adlanırdı.

Tarixçilərin fikrincə, adın dəyişdirilməsi ABŞ-ın II Dünya müharibəsindən və nüvə dövrünün başlanmasından sonra münaqişələrin qarşısını almağa yönəldiyini göstərmək üçün edilmişdi.

Tramp iyunda bu məsələni qaldırmışdı və həmin vaxt nazirliyin adının ''siyasi korrektlik səbəbindən'' dəyişdirildiyini irəli sürmüşdü. Məqalədə deyilir ki, əvvəlki, daha hərbi ruhlu ada qayıdış on milyonlarla dollara başa gələ bilər, çünki ABŞ-da və dünya üzrə hərbi bazalarda sənədlər və binaların lövhələri yenilənməli olacaq.

Əhəmiyyətli məqamlardan biri də odur ki, bu ilin əvvəlində Heqset Co Baydenin Konfederasiya və onun liderlərinin şərəfinə adlandırılmış doqquz hərbi bazanın adını dəyişdirmək təşəbbüsünü ləğv etmişdi. Həmin təşəbbüsün 39 milyon dollara başa gələcəyi gözlənilirdi.

Trampın qərarı artıq tənqid olunub.

''Niyə bu pulları hərbçilərin ailələrinin dəstəyinə və ya münaqişələrin yaranmasının qarşısını almaqda kömək edən diplomatların işə götürülməsinə xərcləməyək?'' deyə silahlı qüvvələr komitəsinin üzvü, demokrat senator Tammi Dakvort sual edib.

Daha əvvəl xəbər verilmişdi ki, Tramp birtərəfli qaydada 38 illik silahlara nəzarət sazişinə yenidən baxmağı planlaşdırır. Bu, xüsusilə MQ-9 Reaper tipli müasir dronların və digər qabaqcıl modellərin başqa ölkələrə satılmasına imkan verəcək.

O, Səudiyyə Ərəbistanına 100-dən çox Reaper dronu satmaq istəyir. Krallıq həmin pilotsuz uçuş aparatlarını 2025-ci ilin yazında sifariş etmişdi.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
qaynarinfo.az

1Источники