
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi brifinq zamanı məlumat verib.
“Mən hesab edirəm ki, xüsusilə dünyanın indiki vəziyyətini nəzərə alsaq, bu, daha uyğun bir addır” - Amerika administrasiyasının rəhbəri qeyd edib.
O həmçinin, Pentaqonun adının dəyişdirilməsinin mümkünlüyünün bir neçə aydır müzakirə olunduğunu bildirib.