RU

Tramp ABŞ-nin “Google” şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) “Google” şirkətinə 3,5 milyard dollar cərimə tətbiq etmək qərarına cavab olaraq müvafiq tədbirlər görəcəyini bəyan edib.

Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bu gün Avropa daha bir iri Amerika şirkəti – “Google”a 3,5 milyard dollar məbləğində zərbə vurdu, əslində, bu pullar ABŞ-də investisiyalara və iş yerlərinin yaradılmasına yönəldilə bilərdi”, – deyə Tramp qeyd edib.

“Biz bu cür parlaq və misilsiz Amerika ixtiraçılığına qarşı addımlara göz yuma bilmərik. Əgər bu baş verməyə davam edərsə, məcbur qalıb 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi üzrə proseduru başladacağam ki, vergi ödəyən Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cərimələri neytrallaşdırım”, – deyə o bildirib.

Qeyd edək ki, 301-ci maddə ABŞ Prezidentinə digər ölkələrin Amerikanın ticarətinə mənfi təsir göstərən və ya beynəlxalq sazişlərə zidd olan siyasət və hərəkətlərinə qarşı gərəkli tədbirlər görmək, o cümlədən gömrük rüsumlarını artırmaq hüququ verir.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası “Google” şirkətini onlayn reklam bazarında dominant mövqeyindən sui-istifadə etdiyinə görə 2,95 milyard avro məbləğində cərimələyib.

MənbəREPORT
Избранный
6
2
banker.az

10Источники