RU

Tramp Pentaqonunun adını dəyişdi - Pit Heqseti müharibə naziri deyə çağıracağam...


ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adının dəyişdirilməsi barədə fərman imzalayıb.

Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransında, Pentaqonun strukturunun yenidən qurulması ilə bağlı yeni addım atdığını açıqlayıb.

Tramp Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayıb və lazımi qanunvericilik tədbirlərinin görülməsi üçün tələblərini Konqresə təqdim edəcəklərini bildirib.

"Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində qalib gəldik. Ondan əvvəl və arada hər şeyi qazandıq. Sonra nazirliyin adını Müdafiə Nazirliyi qoyduq. İndi biz buna Müharibə Nazirliyi adını veririk" – deyə ABŞ prezidenti bildirib.

Tramp zalda mətbuat konfransında iştirak edən müdafiə naziri Pit Heqsetə müraciət edərək, “Pit Heqseti müharibə naziri deyə çağıracağam” deyib.

TAHİR

Избранный
10
baki-xeber.com

1Источники