RU

Tramp Pentaqonun adını dəyişdirdi:

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını rəsmi olaraq dəyişərək Müharibə Nazirliyi edib.

 

Senzor.az bildirir ki, o, bununla bağlı müvafiq sərəncamı Oval kabinetdə kameralar qarşısında imzalayıb.

 

Ağ Ev rəhbəri bildirib ki, "ABŞ dünyanın heç kimin rəqabət apara bilməyəcəyi ən güclü ordusuna və ən yaxşı silahlarına malikdir".

 

O, 7 müharibəyə son qoyduğunu, Ukrayna münaqişəsinin də "eyni aqibətlə" sonlanacağını söyləyib.

 

"Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin siyasi cəhətdən korrektəyə məcbur olduq", - deyə Tramp vurğulayıb.

Избранный
6
1
senzor.az

6Источники