“Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”.
Publika.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.
O, buna səbəb olaraq havaların isti olmasını göstərib.
Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: